1 Mənimlə danışan mələk geri qayıdıb məni yuxusundan oyanan adam kimi oyatdı. 2 [~1~] O məndən soruşdu: «Nə görürsən?» Mən dedim: «Büsbütün qızıldan olan bir çıraqdan görürəm. Onun başında zeytun yağı üçün bir qab, üzərində yeddi çıraq, çıraqlarda isə yeddi lülə var. 3 [~2~] Çıraqdanın yanında isə biri yağ qabının sağında, o biri solunda olmaqla iki zeytun ağacı var». 4 Sonra mənimlə danışan mələkdən soruşdum: «Ay ağam, bunlar nədir?» 5 Mənimlə danışan mələk «Bunların nə olduğunu bilmirsənmi?» deyə soruşdu. Mən də «yox, ağam» dedim. 6 [~3~] O mənə cavab verdi:
8 Mənə Rəbbin sözü nazil oldu:
11 [~5~] Mən ondan soruşdum: «Bəs çıraqdanın sağ və solunda olan bu iki zeytun ağacı nədir?» 12 Sonra yenə soruşdum: «İki qızıl borucuq vasitəsilə içindən qızıl rəngində yağ axan bu iki zeytun budağı nədir?» 13 O məndən soruşdu: «Bunların nə olduğunu bilmirsənmi?» Mən də «yox, ay ağam» dedim. 14 O mənə dedi: «Bunlar bütün yer üzünün Sahibinin önündə duran məsh olunmuş iki nəfərdir».
<- ZƏKƏRİYYƏ 3ZƏKƏRİYYƏ 5 ->