1 Bundan sonra göydən enən başqa bir mələyi gördüm. O, böyük səlahiyyətə malik idi. Yer üzü onun ehtişamı ilə işıqlandı. 2[a]O, uca səslə nida edib dedi:
«Dağıldı! Böyük Babil dağıldı!
O, cinlərin məskəni,
Hər cür natəmiz ruhun sığınacağı,
Hər cür murdar quşun yuvası,
Hər cür murdar və mənfur vəhşi heyvanın oylağı oldu.[b]
Azara, yasa, aclığa düçar olacaq, odda yandırılacaq.
Çünki onu mühakimə edən Rəbb Allah qüdrətlidir».
9[~10~]Onunla əxlaqsızlıq edən və şəhvətpərəstlik içində yaşayan yer üzünün padşahları onun yanğınından çıxan tüstünü görəndə onun üçün ağlayıb ah-nalə edəcəklər. 10 Onun çəkdiyi işgəncənin qorxusundan uzaqda dayanıb deyəcəklər:
«Vay, vay halına, böyük şəhər,
Möhkəm şəhər Babil!
Çünki bir saat içində cəzan çatdı».
11[~11~]Yer üzünün tacirləri də onun üçün ağlayıb yas tutur, çünki onların malını – 12[~12~]qızıl, gümüş, qiymətli daşlar və mirvariləri; incə kətan, ipək, tünd qırmızı və al rəngli parçaları; hər cür ətirli ağacı; fil sümüyündən, ən qiymətli ağacdan, tuncdan, dəmirdən və mərmərdən olan hər cür əşyanı; 13 darçın, hil,[~13~] buxur, ətirli yağ və kündürü; şərab, zeytun yağı, narın un və buğdanı; mal-qara, qoyunlar, atlar və arabaları; insan bədənləri və canlarını da artıq heç kəs almır. 14 Onlar deyirlər:
«Ürəyinin arzuladığı bəhrələr əlindən çıxdı,
Bütün cah-calallı malların yox oldu.
Heç kəs onları bir daha tapmayacaq».
15[~14~]Orada bu mallarla varlanan tacirlər bu şəhərin çəkdiyi işgəncənin qorxusundan uzaqda dayanacaq və ağlayıb yas tutaraq deyəcəklər:
Bütün gəmi rəisləri, sərnişinlər, dənizçilər və dənizdə ticarət edənlərin hamısı uzaqda dayanaraq 18 onun yanğınından çıxan tüstüyə baxıb nida edirdilər: «Hansı şəhər bu böyük şəhərə tay ola bilər?» 19 Onlar başlarına toz töküb fəryad edir və ağlayıb yas tutaraq deyirdilər: