12 Bir müdrik adam varmı, bunu anlasın? Rəbbin dili ilə danışan bir adam varmı, bunu izah etsin? Niyə bu ölkə məhv oldu, səhra kimi yandı və heç kəs oradan keçmir? 13 Rəbb deyir: «Ona görə belə oldu ki, onlar üçün qoyduğum qanunumu rədd etdilər, sözümə qulaq asıb əməl etmədilər, 14 ürəklərinin inadkarlığına görə rəftar etdilər və atalarının öyrətdiyi kimi Baal bütlərinə itaət etdilər. 15[~1~] Buna görə də İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Mən bu xalqa yovşan yedirəcək, zəhərli su içirəcəyəm. 16 Onları özlərinin və atalarının tanımadıqları millətlər arasına səpələyəcəyəm. Onları məhv edənədək arxalarınca qılınc göndərəcəyəm”».
17 Ordular Rəbbi belə deyir:
«İndi düşünün,
Mərsiyəçi qadınları çağırın gəlsinlər,
Bu işdə bacarıqlı olanları
Gətirin gəlsinlər.
18 Qoy onlar tələsib o qədər
Bizim üçün fəryad etsinlər ki,
Gözlərimizdən yaş axsın,
Kirpiklərimizdən su süzülsün».
19 Çünki Siondan fəryad səsi eşidilir:
«Biz necə talan olunduq,
Yaman rüsvay edildik.
Çünki ölkəni tərk edirik,
Məskənlərimiz dağıdılır».
20 Ey qadınlar, Rəbbin sözünü eşidin,
Ağzından çıxan sözə qulaq asın.
Qızlarınıza fəryad etməyi öyrədin,
Hər kəs yoldaşına mərsiyə oxumağı öyrətsin.
21 Çünki ölüm pəncərələrimizə dırmaşdı,
Saraylarımıza girdi ki,
Küçədə uşaqları,
Meydanlarda cavanları qırıb-çatsın.
22 Sən söylə ki, Rəbb belə bəyan edir:
«İnsan cəsədləri tarlada peyin kimi,
Biçinçinin ardınca qalan taya kimi yerə yıxılacaq.
25 Bəli, Rəbb bəyan edir: «Gün gələcək ki, yalnız bədəni sünnət olanları cəzalandıracağam. 26 Misiri, Yəhudanı, Edomu, Ammon övladlarını, Moavı, çöldə yaşayıb kəkillərini qırxanların hamısını cəzalandıracağam, çünki bütün bu millətlər sünnətsizdir, bütün İsrail nəslinin də ürəyi sünnətsizdir».