1 Bu səbəbə görə, ey səmavi çağırışa ortaq olan müqəddəs qardaşlar, əqidəmizin Elçisi və Baş Kahini İsa haqqında düşünün. 2 [a]İsa Onu təyin edən Kəsə sadiq qaldı; necə ki Musa da Allahın bütün evində Ona sadiq qaldı. 3 Evin bənnası evdən daha çox hörmət qazandığı kimi İsa da Musadan daha böyük izzətə layiq görüldü. 4 Çünki hər evin bir bənnası var, hər şeyin bənnası isə Allahdır. 5 Musa gələcəkdə deyiləcək sözlərə şəhadət etmək üçün Allahın bütün evində bir xidmətçi kimi sadiq qaldı. 6 Amma Məsih Onun evi üzərində Oğul olaraq sadiqdir. Əgər biz cəsarətimizi və fəxr etdiyimiz ümidi qoruyub[~2~] saxlasaq, Onun evi bizik.
7 [~3~]Buna görə Müqəddəs Ruhun dediyi kimi:
12 Ey qardaşlar, diqqətli olun ki, sizlərdən heç birinizdə var olan Allahdan uzaqlaşan şər və imansız ürək olmasın. 13 Amma «bu gün» adlanan hər gün bir-birinizi ürəkləndirin ki, heç biriniz günahın aldadıcılığı ilə inadkar olmasın. 14 Çünki əvvəldən bizdə olan etimadı sonadək möhkəm saxlasaq, Məsihlə ortaq olarıq. 15 [~4~]Necə ki deyilmişdir:
16 [~5~]Bəs eşidib üsyan edənlər kimdir? Musanın başçılığı ilə Misirdən çıxanların hamısı deyilmi? 17 Allah qırx il kimə qəzəblənirdi? Günaha batmış, meyitləri çöldə sərilənlərə deyilmi? 18 Bəs O kimlərə and içdi ki, Onun rahatlıq diyarına girməyəcəklər? Məgər itaət etməyənlərə deyil? 19 Beləliklə, görürük ki, onlar imansızlıqlarına görə oraya girə bilmədilər.
<- İBRANİLƏRƏ 2İBRANİLƏRƏ 4 ->-
~2~ Qoruyub – bəzi əlyazmalarda sona qədər möhkəm qoruyub.
Languages