5 [a]Buna görə Məsih dünyaya gələndə deyir:
11 Hər bir kahin hər gün xidmətini icra edərək əsla günahları aradan qaldıra bilməyən eyni qurbanları dəfələrlə təqdim edir. 12 [~3~]Amma Məsih günahlar üçün yalnız bir qurban təqdim edəndən sonra əbədi olaraq Allahın sağında oturdu. 13 O vaxtdan bəri O, düşmənlərinin Onun ayaqları altına kətil kimi salınmasını gözləyir. 14 Çünki O yalnız bir təqdim vasitəsilə təqdis olunmaqda olanları həmişəlik kamilləşdirdi.
15 Müqəddəs Ruh da bu haqda bizə şəhadət edir. Çünki əvvəl deyir:
19 Beləliklə, ey qardaşlar, İsanın qanı sayəsində Ən Müqəddəs yerə daxil olmağa cəsarətimiz çatır. 20 O bizə pərdədən, yəni Öz cismindən keçən yeni və canlı bir yol açmışdır. 21 Həm də O, Allahın evi üçün cavabdeh olan böyük bir Kahinimizdir. 22 [~5~]Ona görə ürəklərimiz pis vicdandan paklanmış, bədənlərimiz də təmiz su ilə yuyulmuş halda imanın tam etimadı ilə, səmimi qəlblə Allaha yaxınlaşaq. 23 Ümid verən əqidədən möhkəm tutaq, çünki vəd verən Allah sadiqdir. 24 Bir-birimizi məhəbbətə və xeyirxah əməllər etmək üçün necə həvəsləndirmək haqqında fikirləşək. 25 Bəzi adamların vərdiş etdiyi kimi birgə yığışmağımızı tərk etməyək. Lakin qiyamət gününün[~6~] yaxınlaşdığını gördükcə bir-birimizi daha çox ruhlandıraq.
26 [~7~]Həqiqəti dərk edib qəbul edəndən sonra qəsdən günah etməkdə davam etsək, artıq günah üçün qurban qalmır. 27 Lakin mühakimənin və Allahın düşmənlərini yandırıb-yaxan şiddətli alovun dəhşətlə gözlənməsi qalır. 28 [~8~]Musanın Qanununu heç sayan adam iki yaxud üç şahidin sözü ilə rəhm edilmədən öldürülür. 29 [~9~]Əgər bir nəfər Allahın Oğlunu tapdalayaraq təqdis edildiyi Əhdin qanını adi bir şey sayıb Allahın lütfkar Ruhunu təhqir edərsə, sizcə bundan nə qədər ağır cəzaya layiq sayılacaq? 30 [~10~]Çünki
32 Siz əvvəlki günləri xatırlayın. O vaxt Allahın nuru üzərinizə saçandan sonra əzablı, böyük mübarizəyə tab gətirdiniz. 33 Bəzən təhqir və əziyyətlərə uğrayıb tamaşaya qoyuldunuz, bəzənsə eyni rəftara məruz qalanların dərdinə şərik oldunuz. 34 Həm də siz məhbusların çəkdiyi əzablara şərik oldunuz, özünüzün daha yaxşı və daimi malınız olduğunu bilərək əmlakınızın talan edilməsini sevinclə qəbul etdiniz. 35 Buna görə cəsarətinizi itirməyin, bu cəsarətə görə mükafatınız böyükdür. 36 Çünki Allahın iradəsini yerinə yetirib vəd olunan şeyi almaq üçün sizin tab gətirməyə ehtiyacınız var. 37 [~11~]Çünki
-
b Sənin iradəni – bəzi əlyazmalarda Ay Allah, Sənin iradəni.
*10:16 Yer. 31:33-34; İbr. 8:10-12
~6~ Qiyamət günü – hərfi tərcümədə gün.