1 Yəhudalıların və Binyaminlilərin düşmənləri eşitdilər ki, sürgündən qayıdanlar İsrailin Allahı Rəbb üçün məbəd tikirlər. 2 [a] Onlar Zerubbabilə və nəsil başçılarına yaxınlaşıb belə dedi: «Qoy biz də sizinlə bərabər bu məbədi tikək, çünki biz də sizin kimi Allahınıza sitayiş edirik. Bizi buraya gətirən Aşşur padşahı Esar-Xaddonun dövründən bəri sizin Allaha qurban təqdim edirik». 3 Lakin Zerubbabil, Yeşua və İsrailin digər nəsil başçıları onlara belə dedilər: «Allahımızın evini qurmaq üçün sizin bizimlə heç bir ortaq işiniz yoxdur. Biz özümüz əlbir olaraq Fars padşahı Kirin əmrinə əsasən İsrailin Allahı Rəbbə məbəd tikəcəyik». 4 Onda bu ölkənin xalqı Yəhuda xalqının əllərini işdən soyutmaqla tikinti işində onlara əziyyət verdi. 5 Bu xalq Yəhudilərin məqsədlərini boşa çıxarmaq üçün Fars padşahları olan Kirin dövründən Daranın dövrünə qədər onlara qarşı çıxaraq özlərinə muzdla məsləhətçilər tutdu. 6 [b] Onlar Axaşveroş padşah olanda, onun hökmranlığının başlanğıcında Yəhuda və Yerusəlimdə yaşayanların əleyhinə bir ittiham məktubu yazdılar.
7 Fars padşahı Artaxşastanın[c] dövründə Bişlam Mitredat, Taveel və digər yoldaşları padşah Artaxşastaya məktub yazdı. Məktub Arami dilində yazılaraq[~4~] tərcümə edildi.
8 Sərkərdə Rexum və mirzə Şimşay padşah Artaxşastaya Yerusəlimi ittiham edən bir məktub yazdı. 9 Sonra məktuba sərkərdə Rexumla mirzə Şimşay və qalan yoldaşları, hakimlər, əmirlər, qulluqçular, Farslar, Ereklilər, Babillilər, Şuşanlılar, yəni Elamlılar, 10 böyük və şanlı Aşurbanipalın‡ Aşurbanipal – arami mətnində Osnappar. sürgün edib Samariya şəhərlərində və Fərat çayının qərb torpaqlarında yerləşdirdiyi başqa xalqlar imza qoydular.
11 Padşah Artaxşastaya göndərdikləri məktubun surəti belədir:
17 Padşah belə cavab göndərdi:
23 Padşah Artaxşastanın məktubunun surəti Rexumla mirzə Şimşayın və yoldaşlarının qarşısında oxunanda onlar tələsik Yerusəlimə Yəhudilərin yanına getdilər. Onların işini zorla, güclə dayandırdılar. 24 Beləliklə, Yerusəlimdəki Allah evinin tikinti işi dayandırıldı və bu iş Fars padşahı Daranın hökmranlığının ikinci ilinə qədər ləngidi.
<- EZRA 3EZRA 5 ->