20[~2~] Mənə Rəbbin bu sözü nazil oldu: 21 «Ey bəşər oğlu, üzünü Sidona tərəf çevirib onun əleyhinə peyğəmbərlik edərək söylə ki, 22 Xudavənd Rəbb belə deyir:
“Ey Sidon, Mən sənin əleyhinəyəm,
Sənin içində izzət qazanacağam.
Mən sakinlərini cəzalandırıb
Onların arasında müqəddəs tutulanda
Biləcəklər ki, Rəbb Mənəm.
23 Əhalinin içinə vəba,
Küçələrinə qan göndərəcəyəm.
Hər tərəfdən onların üstünə gələn qılıncla
Vurulub həlak olacaqlar.
Onda biləcəklər ki, Rəbb Mənəm.
Allahın İsrail xalqına vədi
24 İsrail nəslinin ətrafında olub onları təhqir edən heç bir xalq bir daha İsrail üçün batan tikan, sancan qanqal olmayacaq. Onda biləcəklər ki, Rəbb Mənəm”.
25 Xudavənd Rəbb belə deyir: “İsrail xalqını aralarına səpələdiyim xalqların içindən yığanda, millətlərin gözü önündə müqəddəs tutulanda onlar qulum Yaquba verdiyim torpaqlarında sakin olacaq. 26 Orada asayiş içində yaşayacaq, evlər tikəcək və bağlar salacaqlar. Onları təhqir edən bütün ətraf xalqları cəzalandırdığım zaman asayiş içində yaşayacaqlar. Onda biləcəklər ki, Rəbb Mənəm”».