37 O belə deyəcək: “Hanı onların Allahı, sığınacaqları qaya?
38 Qurbanlarının yağını yeyən,
Hanı içmə təqdimlərini içən allahları?
Qoy sizə kömək etmək üçün dursunlar,
Pənahgahınız olsunlar.
39 İndi görün ki, Mən, Mən Oyam,
Məndən başqa Allah yoxdur.
Mənəm öldürən və həyat verən,
Mənəm yaralayan və şəfa verən,
Heç kim əlimdən qurtara bilməz.
40 Çünki əlimi göylərə qaldırıb belə bəyan edirəm:
‹Əbədi Varlığıma and olsun ki,
41 Şimşək çaxan qılıncımı itiləyib
Hökm etmək üçün əlimə alsam,
Düşmənlərimdən qisas alacağam,
Mənə nifrət edənlərdən əvəz çıxacağam.
42 Onların qanı ilə oxlarımı sərxoş edəcəyəm;
Qılıncım əti, qırılanların, əsir edənlərin qanını,
Düşmən rəhbərlərinin başını yeyəcək›”.
43[~8~][~9~] Ey millətlər, Onun xalqı ilə birgə sevinin!
Çünki O, qullarının qan qisasını alacaq,
Düşmənlərindən əvəz çıxacaq,
Ölkəsi və xalqı üçün kəffarə edəcək».
44 Musa Nun oğlu Yeşua ilə bərabər gəlib bu ilahinin bütün sözlərini xalq qarşısında söylədi. 45 Musa bütün İsraillilərə bu sözlərin hamısını söyləyib qurtaranda 46 belə dedi: «Bu gün sizə bəyan etdiyim sözlərin hamısına ürəkdən bağlanın ki, övladlarınıza bu qanunun bütün sözlərinə diqqətlə əməl etməyi əmr edəsiniz. 47 Axı bu sizin üçün əhəmiyyətsiz iş deyil, həyatınızdır. Bu sözlər mülk olaraq almaq üçün İordan çayını keçərək gedəcəyiniz torpaqda sizə uzun ömür verəcək».
Musanın ölümünün əvvəldən bildirilməsi
48[~10~] Rəbb elə həmin gün Musaya belə dedi: 49 «Yerixo qarşısında, Moav torpağında olan bu Avarim dağına, Nevo dağına çıx. İsrail övladlarına mülk olaraq verəcəyim Kənan torpağını gör. 50 Qardaşın Harun Hor dağında ölüb əcdadlarına qoşulduğu kimi sən də çıxacağın dağda ölüb xalqına qovuşacaqsan. 51 Çünki Zin səhrasında, Meriva-Qadeş sularında, İsrail övladlarının önündə Məni müqəddəs saymamaqla İsrail övladları arasında Mənə xəyanət etdiniz. 52 Ona görə ölkəni uzaqdan görəcəksən, lakin İsrail övladlarına verəcəyim torpağa girməyəcəksən».